Ermənistanda məhkəmə Erməni Apostol Kilsəsinin vəkillər qrupunun vəsatətini rədd edib

2026/02/1770878567.jpg
Oxunub: 362     10:40     12 Fevral 2026    
Ermənistanın Armavir vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsi hakim Edqar Hovhannisyanın sədrliyi ilə Erməni Apostol Kilsəsinin vəkillər qrupunun Arman Saroyana qarşı tətbiq edilmiş iddianın təminat tədbirinin ləğvi barədə vəsatətini rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, həmin təminat tədbirinə əsasən, məhkəmə kilsəni yekun məhkəmə aktı elan olunana qədər Arman Saroyanın Masyatsotn yeparxiyasının rəhbəri vəzifəsində fəaliyyətini təmin etməyə borclu etmişdi.

Məhkəmənin qərarı fevralın 11-də elan edilib, qəbul edildiyi andan qüvvəyə minib və şikayət verilə bilməz.

Beləliklə, məhkəmənin bu qərarına əsasən, rütbəsindən məhrum edilmiş elan olunan Arman Saroyan Masyatsotn yeparxiyasının rəhbəri vəzifəsini icra etməyə davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin