Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.
“Pastinfo”nun məlumatına görə, Paşinyan bu barədə Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyasına (KQAK) təqdim etdiyi ictimai vəzifə tutan şəxsin və ya ictimai qulluqçunun hədiyyələrinin uçotu formasında məlumat verib.
KİV qeyd edib ki, Paşinyan hədiyyəni yanvarda Rusiya Federasiyasının iş adamı Vladimir Yevtuşenkovdan alıb. Həmin vaxt Paşinyan onu qəbul edib.
“Xatırladaq ki, görüş zamanı Ermənistanda iqtisadiyyatın ümumi inkişafı, eləcə də dövlət-özəl sektor əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Göy Tac” adlı çay dəsti “Qjel” assosiasiyası tərəfindən unikal nüsxədə hazırlanıb, yüksək keyfiyyətli farfordandır və qızıl örtüklüdür.
KQAK qiymətləndirməni internet məkanında oxşar məhsulların dəyəri barədə mövcud məlumatlar əsasında aparıb.
Xatırladaq ki, “İctimai xidmət haqqında” qanunun 29-cu maddəsinə əsasən, ictimai vəzifə tutan şəxslərə və ictimai qulluqçulara aşağıdakı hədiyyələrin verilməsinə icazə verilir: dövlət və ya rəsmi səfərlər, işgüzar görüşlər və açıq tədbirlər zamanı təqdim olunan adəti hədiyyələr, xidməti istifadə üçün verilən materiallar, digər namizədlərlə eyni şərtlər daxilində açıq müsabiqə və ya şəffaf prosedurlar əsasında qazanılan təqaüdlər, qrantlar və müavinətlər, habelə xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən protokol xarakterli hədiyyələr.
Eyni zamanda, əgər ictimai vəzifə tutan şəxs və ya ictimai qulluqçu tərəfindən alınmış və bu maddənin 3-cü hissəsinin 1-ci, 2-ci, 4-cü və 6-cı bəndlərində nəzərdə tutulan hədiyyələrin dəyəri 60 000 dramı keçirsə, həmin hədiyyələr dövlət və ya bələdiyyə mülkiyyəti hesab olunur və bu kimi uçota alınır. İctimai vəzifə tutan şəxslər və ictimai qulluqçular bu hədiyyələri hökumətin müəyyən etdiyi qaydada dövlətə və ya bələdiyyəyə təhvil verməlidir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az