İranın Ermənistandakı səfiri aksiyalar barədə: “Bu məsələ əsasən artıq həllini tapıb”

2026/01/1768456469.jpg
Oxunub: 371     23:14     11 Fevral 2026    
“Bu məsələ əsasən artıq həllini tapıb”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bir neçə həftə əvvəl İrəvanda İran səfirliyi qarşısında iranlılar tərəfindən keçirilmiş aksiya ilə bağlı yaranmış münaqişəyə münasibət bildirərkən deyib.

“Söhbətə görə Ermənistanın yüksək vəzifəli rəsmilərinə təşəkkür edirik. Bəli, əsasən həmin məsələ artıq həll olunub. Elə hallar olur ki, hətta dostlar və qohumlar arasında da belə hallar baş verir, insanlar bir-birindən inciyir. Amma köhnə dostlar yenə də dost olaraq qalırlar”, - deyə səfir qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin