Ermənistan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

2026/02/1770835812.jpg
Oxunub: 342     22:48     11 Fevral 2026    
Fevralın 11-də Vilnüsdə Ermənistan və Litva Xarici İşlər nazirlikləri arasında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Litva xarici işlər nazirinin müavini Odra Plepitenin rəhbərliyi ilə növbəti siyasi məsləhətləşmələr baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər Ermənistan-Aİ tərəfdaşlığına toxunaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini və Litvanın Ermənistana göstərə biləcəyi mümkün dəstəyi müzakirə ediblər.

Qeyd edilib ki, “Ermənistan-Nordik-Baltik ölkələri” formatı çərçivəsində əməkdaşlığın davamlılığının və daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

“Görüşdə 2026-cı ildə Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısı və Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyası (COP17) ilə bağlı məsələlər nəzərdən keçirilib.

Həmçinin regional və beynəlxalq gündəlikdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan XİN rəhbərinin müavini Vahan Kostanyan qarşı tərəfə Cənubi Qafqazda Vaşinqton razılaşmalarından sonra gedən proseslər, o cümlədən regional infrastrukturun blokdan çıxarılması kontekstində son hadisələr barədə məlumat verib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Litva  


Bizi "telegram"da izləyin