Erməni sədri: “Ermənistan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın bir sıra tarixi və geosiyasi əsasları mövcuddur”

2026/02/1770825349.jpg
Oxunub: 381     19:53     11 Fevral 2026    
“Ermənistan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın bir sıra tarixi və geosiyasi əsasları mövcuddur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Qurqen Arsenyan Moskvada Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümünə həsr olunmuş qəbul zamanı bildirib.

Qəbulda Rusiya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, Rusiyada akkreditə olunmuş xarici dövlətlərin səfirləri, hərbi attaşelər və digər qonaqlar iştirak ediblər.

Ermənistanın Rusiyadakı səfiri öz çıxışında qeyd edib: “Son illərdə ordunun əsas nailiyyətlərindən biri onun fundamental şəkildə yeni, yüksək keyfiyyətli silahlarla təchiz edilməsi, hərbi qulluqçuların könüllü attestasiyadan keçirilməsi proqramlarının uğurla icrası, çavuş sisteminin tətbiqi, müddətli həqiqi hərbi xidmət müddətinin qısaldılması və rəqəmsallaşmadır”.

Erməni səfir həmçinin əlavə edib: “Ermənistan ilə Rusiya Federasiyası arasındakı hərbi-texniki əməkdaşlıq 1997-ci il 29 avqust tarixli “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə əsasında inkişaf edir və bir sıra tarixi, habelə geosiyasi ilkin şərtlərə malikdir. Lakin bu qarşılıqlı fəaliyyətin əsas tərkib hissəsi xalqlarımız arasındakı əsrlərə söykənən dostluq, ölkələrimizin tarixi ümumiliyi və İkinci Dünya müharibəsindəki birgə qələbəmizin sönməz xatirəsidir”.

Qəbul zamanı səfirliyin hərbi attaşesi, polkovnik Qaregin Meliksetyan və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini, general-mayor Viktor Şevtsov da çıxış ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin