Erməni hərbi təşkilat sədri: “Deputat fəaliyyətimi davam etdirmək istəyirəm”

2020/03/7-1585471228.jpg
Oxunub: 381     19:48     11 Fevral 2026    
“Hörmətli vətəndaşlar, əziz nümayəndələr, sizi məlumatlandırıram ki, 2026-cı il iyunun 7-də keçiriləcək növbəti parlament seçkiləri üçün “Vətəndaş Müqaviləsi” partiyasının proporsional siyahısına daxil edilmişəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan “Facebook” səhifəsində yazıb.

“Xalqımızın rifahı və dövlətimizin gücləndirilməsi naminə deputat fəaliyyətimi davam etdirmək istəyirəm.

Qısa tərcümeyi-halımı təqdim edirəm.

1957-ci il noyabrın 7-də Hrazdan şəhərinin Vanatur məhəlləsində anadan olmuşam.

1964-1975-ci illərdə Hrazdan şəhərindəki Ananiya Şirakatsi adına 6 saylı orta məktəbdə təhsil almış və oranı bitirmişəm.

1983-1987-ci illərdə Hrazdan Sənaye-Texnoloji Texnikumunu texnik-texnoloq ixtisası üzrə bitirmişəm.

1993-1997-ci illərdə Çarentsavan şəhərindəki Qriqor Magistros adına Universitetin menecment fakültəsini “Müəssisələrin iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə bitirmişəm.

2003-cü ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını (hazırda Ermənistan Milli Aqrar Universiteti) “Aqrar istehsalın iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə bitirmişəm.

1995-1999-cu illərdə parlamentin deputatı seçilmişəm.

1996-1999-cu illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq eyni zamanda Hrazdan şəhərinin meri seçilmişəm.

1999-2003-cü illərdə parlamentin deputatı olmuşam.

2003-2007-ci illərdə parlamentin deputatı olmuşam.

2007-ci ildə parlamentin deputatı olmuşam.

2008-ci il martın 4-də parlamentin razılığı ilə “1 Mart” işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həbs edilmişəm.

8 il müddətinə azadlıqdan məhrum edilmişəm.

3 il 3 ay həbsdə olmuşam.

2011-ci ildə azadlığa buraxılmışam.

2021-ci il avqustun 31-də Avropa İnsan Hüquqları Məhkəməsi “Mikayelyan Ermənistana qarşı” işi üzrə qərar qəbul edərək məni bəraətə layiq bilib və Avropa Konvensiyası ilə təmin olunmuş insan hüquqlarının pozulduğunu təsdiqləyib.

2017-ci ildə “Yelk” bloku ilə parlamentin deputatı seçilmişəm.

2018-ci ildə “Mənim Addımım” bloku ilə parlamentin deputatı seçilmişəm.

2013-cü ildə “Vətəndaş Müqaviləsi” partiyasının təsisçi üzvü olmuşam, partiyanın ictimai-siyasi birliyinin idarə heyətinin üzvüyəm.

2015-ci il mayın 30-dan “Vətəndaş Müqaviləsi” partiyasının birinci idarə heyətinin üzvüyəm.

2016-2019-cu illərdə partiyanın ikinci idarə heyətinin üzvü olmuşam və idarə heyətinin sədri seçilmişəm.

2022-2025-ci illərdə partiyanın dördüncü idarə heyətinin üzvü olmuşam.

1976-1978-ci illərdə sovet ordusunda xidmət etmişəm.

Qarabağ müharibəsinin birinci mərhələsi, dördgünlük müharibə və 44 günlük müharibə olmaqla üç müharibədə iştirak etmişəm, iki dəfə yaralanmışam.

2019-cu ildə “Yerkrapah” təşkilatının idarə heyətinin sədri seçilmişəm və bu günə qədər həmin vəzifəni icra edirəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mikayelyan  


Bizi "telegram"da izləyin