Azərbaycanda hərbçi dəm qazından boğulub ölüb

2026/02/Ekran-1770824269.jpg
Oxunub: 481     19:36     11 Fevral 2026    
Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.

Ordu.az xəbər verir ki, o, Beyləqandakı "N" saylı hərbi hissədə xidmət edirmiş.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hərbçi  


Bizi "telegram"da izləyin