Paşinyan: “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bütün məsələlər həll olunmayıb”

2026/02/1770823741.jpg
Oxunub: 383     19:28     11 Fevral 2026    
“Ermənistan və Azərbaycan rəhbərlərinin İnsan Qardaşlığı naminə “Zayed” mükafatını qəbul etməsi o deməkdir ki, hər iki tərəf bir daha ən yüksək səviyyədə Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunduğunu təsdiqləyir”.

Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən hökumət saatı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun fikrincə, bu, Ermənistan ətrafında müsbət mühit yaradır.

“Bu o demək deyil ki, münaqişə ilə bağlı bütün məsələlər həll olunub. Amma münaqişə başa çatıb və bu da münaqişə ilə bağlı problemlərin həlli üçün ilkin şərtlər yaradır. Bu ilkin şərtlərdən düzgün istifadə etməyi bacarmaq lazımdır”, - deyə Paşinyan qeyd edib.

O, həmçinin vurğulayıb ki, sülh “həmişə qayğıya ehtiyac duyur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin