Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən hökumət saatı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu məsələ ilə bağlı bir neçə tərəfdaşla dialoq aparırıq və qərar Ermənistanın maraqlarına ən çox uyğun gələn layihənin xeyrinə veriləcək”, - deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, yaxın günlərdə Ermənistan TRIPP çərçivəsində saziş layihəsi ilə bağlı öz qeydlərini amerikalı tərəfdaşlara təqdim edəcək.
Paşinyan qeyd edib ki, layihə təsdiqlənmiş fəaliyyət planına əsaslanacaq, həmin plan isə öz növbəsində avqustun 8-də imzalanmış bəyannaməyə söykənir.
O xatırladıb ki, Hrazdanda süni zəka mərkəzinin yaradılması istiqamətində işlər aparılır və əldə olunan razılaşmalar çərçivəsində investisiyaların həcmi 4 milyard dollara çata bilər.
Alpər Mövludoğlu
Ordu.az