Paşinyan: “İcevan üzərindən keçən dəmir yolunun təmiri məsələsi müzakirə olunur”

2026/02/1770750487.jpg
Oxunub: 431     17:41     11 Fevral 2026    
“Blokadanın aradan qaldırılması kontekstində elə bir dəmir yolu yoxdur ki, onun açılması və ya yenidən açılması məsələsi müzakirə edilməsin”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı ölkənin Baş naziri Nikol Paşinyan blokadanın aradan qaldırılması çərçivəsində Azərbaycanla İcevanı birləşdirən dəmir yolunun bərpasının müzakirə olunub-olunmaması ilə bağlı suala cavab verərkən deyib.

“Əlbəttə, müzakirə olunur. Lakin nəzərə almaq lazımdır ki, sözügedən dəmir yolunun Hağartsin kəndi hissəsində təəssüf ki, sürüşmə baş verib və bu, xətti kəsib. Ancaq bu, həllolunan məsələdir və oradan hansı həcmdə yük axınının keçəcəyindən asılıdır. Yəni əgər həmin dəmir yolu yüklənmə potensialı nümayiş etdirsə və gəlirlilik perspektivi olsa, bu mümkün ola bilər”, - deyə o bildirib və qeyd edib ki, Azərbaycandan Türkiyəyə ən qısa marşrut məhz bu xətdir.

Paşinyan dünənki bəyanatını da təkrarlayaraq bildirib ki, erməni biznesi üçün Azərbaycan üzərindən ixrac marşrutu açıqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin