“Rusiya Dəmir Yolları”: Azərbaycan ərazisindən Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb

2025/12/1766489736.jpg
Oxunub: 352     17:38     11 Fevral 2026    
“Azərbaycan ərazisindən Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb”.

Ordu.az xəbər verir ki, bu barədə idarə heyətinin yekun iclasında “Rusiya Dəmir Yolları” şirkətinin rəhbərinin birinci müavini Sergey Pavlov bildirib.

Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar olaraq 2025-ci ilin noyabrında uzun illərdən sonra Rusiyadan Ermənistana ilk taxıl qatarı göndərilib.

“Hazırda tədarüklər müntəzəm xarakter alıb. Gələcəkdə bu marşrut üzrə daşımaların inkişaf etdirilməsini planlaşdırırıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin