Mirzoyanın müavini Aİ missiyasının rəhbəri ilə görüşüb

2026/02/1770817123.jpg
Oxunub: 388     17:36     11 Fevral 2026    
Fevralın 10-da Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Ermənistanda Avropa İttifaqı missiyasının rəhbəri Markus Ritteri səlahiyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Aİ missiyasının Ermənistanın sərhəd bölgələrində sabitliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin inkişafına dair strateji gündəliyi müzakirə ediblər.

“Tərəflər Ermənistan ilə Aİ arasında davamlı şəkildə dərinləşən münasibətlər barədə fikir mübadiləsi aparıb, ötən il imzalanmış Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin