ABŞ səfirliyi: Vensin səfəri sonrakı əməkdaşlıq üçün aydın yol müəyyən edən mühüm addımdır

2026/02/1770731006.jpg
Oxunub: 372     17:33     11 Fevral 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana tarixi səfəri başa çatıb. Bu səfər Ermənistan-ABŞ ikitərəfli əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş mühüm addımdır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir: “Bu səfərin nəticələri sonrakı əməkdaşlıq üçün aydın yol müəyyən edir və Birləşmiş Ştatlarda, Cənubi Qafqazda və digər regionlarda sabitliyin, təhlükəsizliyin və rifahın təşviqinə dair ümumi öhdəliyimizi bir daha təsdiqləyir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin