Türkiyə, Azərbaycan və Braziliya COP31-ə hazırlığı müzakirə ediblər - FOTOLAR

2026/02/1770816568.jpg
Oxunub: 401     17:22     11 Fevral 2026    
Gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlıqlar çərçivəsində Azərbaycan, Braziliya və Türkiyə sədrliyə dair təcrübələrini birləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "X" hesabında yazıb.

O, bu çərçivədə Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və COP30-un sədri Andre Korrea du Laqo ilə görüşdüyünü bildirib.

"COP31-ə hazırlıqları ətraflı müzakirə etdiyimiz görüşdə sədrliyin koordinasiyasını gücləndirmək, prosesləri uzlaşdırmaq və konkret nəticələrə yönəlmiş iş çərçivəsi formalaşdırdıq. Adaptasiya və maliyyə kimi bütün əsas istiqamətləri nəzərə alaraq fəaliyyət gündəliyi ilə paralel şəkildə çalışırıq", - nazir qeyd edib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Braziliya  


Bizi "telegram"da izləyin