Qərbi Azərbaycan İcması Avropa Parlamentinin bəyanatını pisləyib

2024/05/1715679418.jpg
Oxunub: 410     17:00     11 Fevral 2026    
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı "bütün erməni məhbusları"nı azad etməyə çağıran bəyanatını pisləyib.

Ordu.az-ın məlumatına görə, İcmanın yaydığı bəyanatda qeyd olunub ki, bu çağırış Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndirilir.

Bəyanatda bildirilib ki, ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil:

"Bu günlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonlarından başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş "miatsum" ideologiyasının daşıyıcıları və icraçılarıdır. Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Parlamenti   QAİ  


Bizi "telegram"da izləyin