Ermənistan prezidenti İran səfiri ilə görüşüb

2026/02/1770812311.jpg
Oxunub: 409     16:17     11 Fevral 2026    
Ermənistan prezidenti Vahaqn Xaçatryan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xalil Şirğolamini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin aktivləşdirilməsinin, iqtisadi və xüsusilə infrastruktur sahəsində mövcud imkanlardan daha səmərəli istifadə olunmasının vacibliyi qeyd edilib.

Qeyd edilib ki, görüşdə Ermənistan-İran çoxtərəfli əməkdaşlıq gündəliyinin məsələləri və regiondakı vəziyyət müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin