“Ermənistan və Azərbaycan suveren dövlətlərdir və digər ölkələrlə münasibətlərini qurmaq hüququna malikdirlər” - Peskov

2025/08/1754393623.jpg
Oxunub: 324     16:12     11 Fevral 2026    
“Cənubi Qafqaz ölkələri suveren dövlətlərdir və digər ölkələrlə münasibətlərini qurmaq hüququna malikdirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bunlar suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlərini qurmaq üçün suveren hüquqa malikdirlər. Eyni zamanda, həm Bakı, həm də İrəvanla bütün mümkün sahələri əhatə edən geniş ikitərəfli münasibətlər kompleksimiz var”, - deyə Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens rəsmi səfərlərlə Ermənistanda və Azərbaycanda olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin