Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağı ilə proyeksiyası tərəfdaşlığın güclü xarakterini əks etdirir

2026/02/1770811708.jpg
Oxunub: 336     16:03     11 Fevral 2026    
Heydər Əliyev Mərkəzi Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin şərəfinə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Bu gözəl jest ABŞ–Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcək və qarşılıqlı rifah naminə ortaq öhdəliyimizin güclü simvoludur", - deyə paylaşımda qeyd edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin