Ordu.az xəbər verir ki, bu barədə Ermənitan KİV-ləri məlumat yayıb.
Məlumata görə, qurultay yeni sədr və şura üzvlərini seçib. Samvel Karapetyan yekdilliklə partiyanın sədri seçilib.
Qeyd edilib ki, sabah saat 13:00-da Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində partiyanın rəsmi təqdimat mərasimi keçiriləcək. Tədbir zamanı partiyanın baş nazirliyə namizədinin adı açıqlanacaq.
Ermənistan və xarici KİV-lər üçün açıq keçid vasitəsilə canlı yayım təmin ediləcək. Jurnalistlər tədbiri zalda çəkiliş qrupu olmadan izləyə biləcəklər. Tədbirin sonunda mətbuat konfransı nəzərdə tutulmur.
Alpər Mövludoğlu
Ordu.az