Ermənistan KİV-i: Qüds Erməni Ruhani Seminariyasının tələbələri Ermənistana gəlib, geri qayıda bilməyiblər

2018/12/15041-1545914415.jpg
Oxunub: 315     15:35     11 Fevral 2026    
Ermənistan Müdafiə Nazirliyi Qüds Erməni Ruhani Seminariyasının tələbələri üçün möhlətin ləğv edilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Aysor.am” nəşri məlumat yayıb.

KİV xatırladıb ki, Ermənistan müdafiə naziri Suren Papikyanın əmri ilə 20 və daha artıq il Ermənistan Silahlı Qüvvələrində mənəvi xidmət göstərmiş Ruhani Rəhbərlik strukturu ləğv edilib. Ermənistan ordusunda xidmət edən ruhani artıq Üçmüədzin kilsəsinin nümayəndəsi hesab edilmir. Ruhani təhsil tələbi məcburi olaraq qalsa da, bundan sonra o, zabit kimi təqdim olunur və Ermənistan Silahlı Qüvvələrinin mənəvi-psixoloji təminat idarəsinə tabe olur.

Nəşr bildirib ki, tələbələr Ermənistana pasportlarının müddətini uzatmaq və ailə üzvlərini ziyarət etmək üçün gəliblər, lakin sonradan seminariyaya geri qayıda bilməyiblər.

Ordu keşişləri ilə bağlı suala cavab olaraq Ermənistan Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan bildirib ki, Suren Papikyan bu mövzu ilə bağlı parlamentdə jurnalistlərlə söhbətində danışıb və əlavə məlumat təqdim edə bilməzlər. Qüds Erməni Ruhani Seminariyasının tələbələri ilə bağlı sual isə Ermənistan Müdafiə Nazirliyi tərəfindən cavabsız qoyulub.

KİV məsələ ilə bağlı aydınlıq gətirmək üçün Qüds Erməni Ruhani Seminariyası və dini məktəbin müfəttişi, erməni ruhani Gevorq Hayrapetyanla əlaqə saxlayıb.

Hayrapetyan “Aysor.am”a bildirib ki, tələbələrdən birinə sağlamlıq problemi olduğu üçün möhlət verilib. “Digər ikisi hazırda ordudadır, lakin müvəqqəti əsaslarla ordudadır. Onlarla bağlı xüsusi yanaşma var ki, məsələ həll olunsun. Onlarla bağlı qanun hələ təsdiqlənməyib, buna görə də məsələ tənzimlənmə mərhələsindədir”, - deyə o qeyd edib.

Erməni müfəttişin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi məsələni bir ay ərzində həll edəcəyinə söz verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qüds  


Bizi "telegram"da izləyin