İlham Əliyev: "Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir"

2026/02/1770800321.jpg
Oxunub: 294     12:42     11 Fevral 2026    
Azərbaycan həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyib.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırlayıb, Azərbaycanın sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd etdi.

Dövlət başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin