Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Qələbə” fraksiyasının rəhbəri Sevak Xaçatryan bildirib.
Qeyd edək ki, Sevak Xaçatryan daha əvvəl bu gün səhər saatlarından etibarən Vağarşapatda müxalifyönlü müxtəlif şəxslərə qarşı repressiyaların başladığını bildirmişdi. “Hazırkı ana qədər axtarışlar və saxlanılmalar davam edir. Məlumata görə, bu dəqiqələrdə 5 nəfər saxlanılıb”, - deyə o qeyd etmişdi.
Məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsindən bildirilib ki, Vağarşapatdakı axtarış və saxlanılmalar İstintaq Komitəsinin səlahiyyətindədir, yaxın zamanlarda rəsmi məlumat yayılacaq.
Alpər Mövludoğlu
Ordu.az