Ermənistanda hərbi xidmətdən yayınan 27-37 yaşlı şəxslər pul ödəməklə cinayət məsuliyyətindən azad ediləcəklər

2024/02/1709191392.jpg
Oxunub: 380     12:04     11 Fevral 2026    
27-37 yaşlı Ermənistan vətəndaşları könüllü şəkildə ölkəyə qayıdaraq təklif olunan beş variantdan birini seçməklə cinayət məsuliyyətindən azad edilə biləcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna müvafiq dəyişikliklər fevralın 11-də Ermənistan parlamenti tərəfindən qəbul edilib.

Birinci variant 24 ay xidmət,
ikinci variant 1 il 6 ay xidmət və büdcəyə 2,5 milyon dram ödəniş,
üçüncü variant 6 ay xidmət və 5 milyon dram ödəniş,
dördüncü variant 1 ay xidmət və 10 milyon dram ödəniş,
beşinci variant isə 15 milyon dram ödəyərək ümumiyyətlə xidmət etməmək imkanı verir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin