Azərbaycanla Türkiyə İT sektorunun həcmini 2 dəfə artıra bilər

2026/02/456tf-1770795509.jpg
Oxunub: 329     11:29     11 Fevral 2026    
Azərbaycan və Türkiyənin informasiya texnologiyaları sektorunun həcminin 2 dəfə artırılması yolları araşdırılacaq.

Ordu.az xəbər verir ki, bunu Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tonbalak Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda bildirib.

Onun sözlərinə görə, əsas məqsəd rəqəmsal körpü qurmaq və vahid bir ekosistem yaratmaqdır: "Bunun səbəblərinə cavab verməyə çalışacağam. Hazırda Türkiyədə informasiya texnologiyaları sektoru ümumilikdə 33 milyard dollarlıq bir həcmi təmsil edir və bazarın 95 %-ni əhatə edir. Qarşıdakı dövrdə bu göstəricini Azərbaycanla birlikdə necə ikiqat artıra biləcəyimizin yollarını araşdıracağıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin