Ermənistan KİV-i: Vensin ofisi ABŞ vitse-prezidentinin “Tsitsernakaberd”ə səfəri ilə bağlı paylaşımın niyə silindiyinə aydınlıq gətirib

2026/02/1770658955.jpg
Oxunub: 389     13:14     11 Fevral 2026    
“Azadlıq Radiosu”nun Ermənistan bürosu Vensin ofisindən qondarma “soyqırımı” memorialına səfərlə bağlı paylaşımın silinməsi məsələsinə dair şərh əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Vensin ofisindən bildirilib ki, paylaşım vitse-prezidentin rəhbərlik etdiyi nümayəndə heyətində yer almayan əməkdaşlar tərəfindən səhvən yerləşdirilib.

Vensin sözçüsü isə öz növbəsində bəyan edib: “Həmin hesab əsasən vitse-prezidentin foto və videolarını yayan əməkdaşlar tərəfindən idarə olunur. Bu məsələ ilə bağlı vitse-prezidentin mövqeyi ilə onun təyyarənin yanında verdiyi açıqlamada tanış ola bilərsiniz”.

Qondarma “soyqırımı” memorialına səfərlə bağlı Vens təyyarəyə minməzdən əvvəl deyib: “Onlar bizdən həmin məkanı ziyarət etməyi xahiş etdilər. Aydındır ki, 100 ildən çox əvvəl baş verənlər çox dəhşətli bir hadisədir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vens  


Bizi "telegram"da izləyin