Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibədə bildirib.
“İndi məsələ ondadır ki, istənilən investor, o cümlədən bütün investisiya proqramlarında, həmçinin Ermənistanda, müəyyən zəmanətlərə sahib olmaq istəyir ki, yatırdığı vəsaiti geri alacaq və müəyyən mənfəət əldə edəcək. Əks halda, niyə investisiya etsin ki? Aparıb bankda faizlə yerləşdirər və pulunu geri alar”, - deyə Nikol Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, ilkin mərhələdə müzakirə mövzusu TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin fəaliyyət müddəti olub, bu, 99 ildir.
“Düşünürdük, deyirdik ki, 99 il çoxdur, bu rəqəmlərlə bağlı müəyyən narahatlığımız var idi, komanda daxilində də var idi. Sonra isə müəyyən bir anda qeydə aldıq və dedik ki, gəlin bu məsələyə başqa bir prizmadan baxaq. Amerika Birləşmiş Ştatları Ermənistanda 99 il müddətinə, ən azı 99 il ərzində investisiya proqramı həyata keçirir. Yəni dünyanın bir nömrəli supergücü deyir ki, Ermənistan 99 il müstəqil, suveren dövlət kimi mövcud olacaq, sülh şəraitində yaşayacaq və orada normal investisiya mühiti olacaq”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az