Paşinyan Azərbaycanla sülh sazişini parlament seçkilərindən əvvəl imzalamaq istəyir

2026/02/1770750084.jpg
Oxunub: 340     23:56     10 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb.

Ordu.az xəbər verir ki, N.Paşinyan bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

"Mənim belə bir gündəliyim var. Gündəlikdə müqavilənin ötən ilin dekabr, yanvar, oktyabr, aprel aylarında imzalanması da var idi, çünki sülh sazişi layihəsi üzrə müzakirələr keçən ilin martında başa çatıb. Beləliklə, işləməyə davam edəcəyik", - o deyib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-nə planlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin