Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Civilnet” nəşri “İxrac”, yoxsa “investisiya”? Vensin bəyanatı ətrafında tərcümə çaşqınlığı” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, məsələ Vensin Ermənistanda guya 9 milyard dollar investisiya vəd etməsi barədə dövriyyəyə buraxılan iddia ilə bağlıdır.
“Halbuki ABŞ vitse-prezidenti belə bir bəyanat verməyib və bu cür ifadələr sinxron tərcümə səhvinin nəticəsidir.
Baş nazir Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 9-da “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində Ermənistan hökuməti ilə ABŞ hökuməti arasında əməkdaşlıq haqqında” saziş üzrə danışıqların başa çatmasına dair birgə bəyanat imzalayıblar”, - deyə KİV vurğulayıb.
Müəllif bildirib ki, daha sonra Nikol Paşinyan və Cey Di Vens görüşün nəticələrini yekunlaşdıran açıqlamalarla çıxış ediblər.
“Vens əslində nə deyib?
Birgə bəyanatlar zamanı ABŞ vitse-prezidenti nüvə energetikası sahəsində Ermənistan-ABŞ əməkdaşlığının mümkün iqtisadi həcmlərindən danışıb. O qeyd edib ki, ABŞ və Ermənistan nüvə energetikası sahəsində danışıqları başa çatdırıblar. Onun sözlərinə görə, hər şey tam hazır olduqda bu, ABŞ və Ermənistan şirkətləri arasında mülki nüvə layihələri çərçivəsində müqavilələrin bağlanmasına yol açacaq.
“Bu nə deməkdir? İlkin mərhələdə 5 milyard dollara qədər ABŞ ixracı, üstəgəl yanacaq və texniki xidmət müqavilələri vasitəsilə əlavə 4 milyard dollarlıq uzunmüddətli dəstək”, - deyə ABŞ vitse-prezidenti bildirib.
İngiliscə: “That means up to $5 billion in initial US exports, plus an additional 4 billion in long-term support through fuel and maintenance contracts”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az