Erməni siyasi xadim: “Qərb hər vasitə ilə Paşinyanı saxlayır, bu qədər siyasi məhbus var, susurlar, bu, biabırçılıqdır”

2026/02/1770778246.jpg
Oxunub: 311     16:50     11 Fevral 2026    
“ABŞ ilə imzalanmış memorandumun alt qatını, arxa səhifələrini mütləq görməliyik ki, nə imzalanıb, onlar nə ediblər”.

Ordu.az xəbər verir ki, bunu bu gün İrəvan şəhər bələdiyyəsində jurnalistlərlə söhbətində “Ana Ermənistan” fraksiyasının üzvü Mesrop Manukyan deyib.

“Təbii ki, ölkəmiz üçün böyük addımdır ki, ABŞ və ya Rusiya kimi supergüclərin bu cür vəzifəli şəxsləri ölkəmizə səfər edir. Bu müsbətdir, bunu qiymətləndirmək lazımdır”, - deyə o bildirib.

ABŞ vitse-prezidentinin səfərindən hansı müsbət gözləntilərin ola biləcəyi barədə suala cavab olaraq Manukyan bildirib: “Bir tərəfdə Nikol Paşinyandırsa, “Vətəndaş Müqaviləsi” partiyasından və Nikol Paşinyandan heç bir müsbət şey gözləmək olmur, nə edirlərsə, daha pis edirlər. Digər tərəf isə ABŞ-dir. Bu halda başa düşməlisən ki, bəlkə də təbii müttəfiqinlə münasibətlərini korlaya bilərsən və bu riskləri də qiymətləndirməlisən. Ona görə də bu mərhələdə düşünürəm ki, qiymət vermək hələ tezdir. Hakimiyyət isə yalnız öz hakimiyyətini qorumaq risklərini qiymətləndirir, o, PR və digər məqsədlər üçün hər şeyi edir ki, hakimiyyətini bir gün, bir saat da olsa artıq saxlasın. Qərb də göstərir ki, Nikol Paşinyanı hər vasitə ilə qoruyur.

Biz əmin olduq ki, ölkəmizdə bu qədər siyasi məhbus problemi var, qanunsuzluq problemi var, məhkəmə sisteminin biabırçı vəziyyəti var, insanları total şəkildə saxlayıb aparırlar, görürük ki, polis binalarında insanları döyürlər, amma saxta demokratlar, bu halda avropalılar susur və lal qalırlar ki, bu da qəbuledilməzdir.

Mən başa düşürəm ki, sizin Rusiya ilə probleminiz var, amma Ermənistanda demokratiya ilə bağlı təsəvvür dəyişir. Təəssüf edirəm ki, Avropa rəhbərləri və Avropa özünü belə aparır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manukyan   Ermənistan  


Bizi "telegram"da izləyin