Erməni iranşünas: “ABŞ-İran münasibətləri kontekstində Ermənistan heç vasitəçilik missiyası həyata keçirməyə də cəhd etmir”

2026/02/1770777505.jpg
Oxunub: 362     17:21     11 Fevral 2026    
“Diqqətçəkəndir ki, ötən gün Ermənistana səfər edən ABŞ-nin vitse-prezidenti Vensin səfərindən sonra keçirilən qısa mətbuat konfransında səslənən dörd əsas və bir əlavə sualdan üçü İranla bağlı olub və bu üç sualın hamısı məhz ABŞ KİV nümayəndələri tərəfindən verilib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni iranşünas Vardan Voskanyan yazıb.

“Bu da bir daha göstərir ki, İranla münasibətlər məsələsi ABŞ üçün nə dərəcədə vacibdir. Təəssüf ki, bu kontekstdə Ermənistan öz geosiyasi çəkisini artırmaq və hər iki tərəfdə müəyyən imtiyazlı status əldə etməyə çalışmaq üçün heç bir vasitəçilik missiyası həyata keçirməyə də cəhd etmir.

Məhz belə mürəkkəb vəziyyətlərdə Ermənistan kimi dövlətlər üçün təkcə risklər deyil, həm də imkanlar yaranır. Bu imkanlardan istifadə etmək çətin, lakin şərəfli və faydalı işdir, onları əldən vermək isə bağışlanmaz israfdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Voskanyan  


Bizi "telegram"da izləyin