Ermənistanın keçmiş mədəniyyət naziri 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

2026/01/1769852330.jpg
Oxunub: 583     13:36     31 Yanvar 2026    
Ermənitan Baş Prokurorluğu 2023-cü il oktyabrın 18-də məlumat verib ki, 2012-2016-cı illərdə Ermənistanın mədəniyyət naziri vəzifəsini tutmuş Hasmik Poğosyan xidməti səlahiyyətlərindən dövlət maraqlarına zidd şəkildə istifadə edərək “İrəvan P.Çaykovski adına orta ixtisas musiqi məktəbi” Dövlət Qeyri-Kommersiya Təşkilatına əvəzsiz istifadə hüququ ilə verilmiş torpaq sahəsindən ayrılmış 300 kvadratmetr ərazinin cinayətkar qrup tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə kömək edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan KİV-ləri qeyd edib ki, sözügedən ərazi ilə bağlı mülki iş çərçivəsində İrəvanın Koğbatsi küçəsi 36/3 ünvanında inşa edilmiş kompleksdən 235,8 kvadratmetr sahənin mülkiyyət hüququ Ermənistana qaytarılıb.

Bildirilib ki, prokuror 2023-cü il sentyabrın 27-də Hasmik Poğosyana qarşı ictimai cinayət təqibi başladıb. 2023-cü il oktyabrın 4-də Ermənistanın keçmiş mədəniyyət naziri ilə bağlı iş ayrıca icraata ayrılaraq Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinə göndərilib.

Ermənistan Korrupsiyaya qarşı Cinayət Məhkəməsinin 2025-ci il 6 noyabr tarixli hökmü ilə Hasmik Poğosyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə aktı bu gün qanuni qüvvəyə minib. Həmin hökmə əsasən, təqsirləndirilən Hasmik Poğosyan cəzadan azad edilib və ona 2018-ci il noyabrın 6-da qüvvəyə minmiş “Erebuni-İrəvanın əsasının qoyulmasının 2800 illiyi və birinci Ermənistan Respublikasının müstəqilliyinin elan edilməsinin 100 illiyi münasibətilə cinayət işləri üzrə amnistiya elan edilməsi haqqında” Ermənistan qanununun 2-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndi tətbiq olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nazir  


Bizi "telegram"da izləyin