Erməni siyasi texnoloq: “Qarabağ məsələsinə görə Paşinyanı 2018-ci ildə xarici qüvvələr gətiriblər”

2026/01/1769830010.jpg
Oxunub: 489     12:54     31 Yanvar 2026    
“2018-ci ildə Ermənistanda inqilab olmayıb, xalq həmin hadisələrdə “massovka” rolunu oynayıb, baş verənlərin xalqla heç bir əlaqəsi yoxdur. Nikol Paşinyan isə baş verənləri elə təqdim edir ki, guya Ermənistanda olanları xalq edib”.

Ordu.az xəbər verir ki, bunu ermni siyasi texnoloq Armen Badalyan deyib.

Badalyanın sözlərinə görə, Ermənistanda xalq 1995-ci ildən etibarən küçədə inqilab etməyib, bunu Nikol Paşinyan da çox yaxşı bilir, məhz buna görə də bu cür arxayın bəyanatlar verir.

“Nikol Paşinyan və onun ətrafı yaxşı görür ki, hazırda küçədə inqilab etmək üçün potensial yoxdur.

Küçə yolu ilə inqilab yalnız bir halda mümkündür: əgər bunun üçün milyonlarla dollar vəsait ayrılsa. Amma Ermənistan şəraitində bu real deyil, çünki hazırda bütün dövlət aparatı məhz bunun qarşısını almaq üçün mübarizə aparır ki, inqilaba maliyyə yatırımı olmasın.

İdeoloji resursa gəlincə isə, son bir neçə ildə çoxları sadəcə Ermənistandan gedib, ölkədə çox az ideoloji resurs qalıb”, - deyə Badalyan qeyd edib.

Erməni siyasi texnoloqun fikrincə, Nikol Paşinyan artıq açıq şəkildə göstərir ki, Qarabağ məsələsi onun üçün bağlanıb, çünki onu 2018-ci ildə məhz bunun üçün kənar qüvvələr hakimiyyətə gətiriblər.

“Əlbəttə ki, Qarabağ məsələsinə görə onu 2018-ci ildə xarici qüvvələr gətiriblər və o da məhz bu siyasəti 2020, 2021, 2022 və 2023-cü illərdə həyata keçirib. Hazırda isə o, bu məsələni ümumiyyətlə bağlanmış hesab edir.

Onun bu bəyanatları həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb, açıq şəkildə deyir ki, apardığı siyasəti davam etdirəcək.

Bu açıqlamalar təkcə Qarabağdan köç etmiş ermənilərə aid deyil, onlar hazırda heç nə edə bilməzlər. Əgər bu məsələ yalnız onların üzərinə buraxılarsa, heç nə alınmayacaq. Onların potensialı o vaxt var idi ki, Qarabağ ermənilərin nəzarəti altında idi”, - deyə Badalyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Badalyan   Ermənistan  


Bizi "telegram"da izləyin