Erməni siyasi xadim: “Ən gec iyunun 8-nə qədər bu hakimiyyət olmayacaq, onların qatarı artıq gedib”

2026/01/Ekran-1769829701.jpg
Oxunub: 465     13:47     31 Yanvar 2026    
“Əgər yalan və saxtakarlıq deməsək, yumşaq desək, bu, növbəti dezinformasiyadır. Fövqəladə arbitrin həmin aralıq tədbiri Ermənistan tərəfindən çoxdan icra edilməli idi, lakin icra olunmayıb”.

Ordu.az xəbər verir ki, bunu “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin icraçı direktorunun keçmiş müavini, satış şöbəsinin direktoru, “Bizim Tərzimizlə” hərəkatının üzvü Davit Qazinyan deyib.

“Mübahisəyə baxan heyət bunu bir daha təsdiqləyib: qərar məcburi icra olunmalıdır. Ermənistanla Kipr arasında razılaşmanın yerinə yetirilməməsinin nəticələri Ermənistanın və mövcud hakimiyyətin üzərinə düşəcək”, - deyə o qeyd edib.

Qazinyan “Sadə desək, nə baş verməli idi, amma baş vermir?” sualına belə cavab verib:

“Qərar dərhal icra edilməli idi. Müvəqqəti idarəçi artıq təyin olunmuşdu, amma onun bütün fəaliyyətləri və səlahiyyətləri mübahisənin baxılması başa çatana qədər dayandırılmalı idi.

Bu, tam məntiqlidir. Çünki mübahisənin sonunda prosesin qanunsuz olduğu aydın olsa, mən buna tam əminəm və bu müddətdə idarəçinin öz fəaliyyəti ilə ciddi ziyan vurduğunu qəbul etsək, onda bu ziyanı kim və necə ödəyəcək?”.

O, “Bu, gözlədiyiniz ən pis ssenaridirmi və qısamüddətli perspektivdə ən yaxşı həll nə ola bilər?” sualına cavab verərək deyib:

“Məncə, ən yaxşı həll Konstitusiya Məhkəməsinin ədalətli qərarıdır: Energetika haqqında qanuna edilən dəyişikliklərin konstitusiyaya zidd hesab edilməsi və prosesin ümumilikdə əvvəlki status-kvoya qaytarılması. Amma bu hakimiyyətdən belə bir addım gözləmirəm”.

Qazinyan bildirib ki, ümumilikdə kommunikasiyaların çox olması iqtisadi inkişafı ciddi şəkildə stimullaşdırır.

“Layiqli, real sülh, böyük dövlətlərin zəmanəti ilə sülh sazişi olanda, bəlkə bu barədə danışmaq olar. Amma indiki mərhələdə bu mövzunu gündəmə gətirmək, mənim fikrimcə, növbəti xəyanət addımıdır”, - deyə o qeyd edib.

Qazinyan deyib ki, ən gec iyunun 8-nə qədər bu hakimiyyət olmayacaq, onların qatarı artıq gedib: “Bizim hələ formalaşmamış partiyanı belə hədəfə alaraq, öz zəifliklərini göstərirlər. Güclü hakimiyyət belə davranmır: güclü hakimiyyət həbs etmir, əsəbləşmir. Onlar da artıq başa düşürlər ki, qatarları gedib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazinyan  


Bizi "telegram"da izləyin