Ordu.az xəbər verir ki, bu barədə konstitusiya hüququ üzrə erməni mütəxəssis Qohar Meloyan “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, konstitusiyanın 17-ci maddəsinə əsasən, Ermənistanda dini təşkilatların fəaliyyət azadlığı təmin edilir.
“17-ci maddənin 2-ci hissəsinə görə, dini təşkilatlar dövlətdən ayrıdır.
Yəni Erməni Apostol Kilsəsinin dövlət orqanlarından ayrılığı Ermənistanın konstitusion quruluşunun mühüm şərti və elementidir.
Qanunverici, icraedici və ya məhkəmə hakimiyyəti orqanlarından hər hansı biri və ya onun nümayəndəsi Erməni Apostol Kilsəsinin və ya hər hansı digər dini təşkilatın daxili işlərinə və münasibətlərinə müdaxilə etdikdə, konstitusiyanın 17-ci maddəsi pozulur və bununla da dini təşkilatların dövlət orqanlarından ayrılığına əsaslanan konstitusion quruluş pozulmuş olur”, - deyə Meloyan bildirib.
Onun qiymətləndirməsinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi tədbirini tətbiq edib öz aktı ilə faktiki olaraq Masyasotn yeparxiyasının rəhbərini “təyin etdikdə”, Erməni Apostol Kilsəsinin daxili işlərinə birbaşa müdaxilə baş verir və konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinin Ermənistanın hüquqi sistemində tətbiqi faktiki olaraq aradan qaldırılır.
“Ermənistan İstintaq Komitəsi həmin məhkəmə aktının icra edilməməsi əsası ilə cinayət işi başladanda da bu, Erməni Apostol Kilsəsinin daxili işlərinə birbaşa müdaxilədir və həm konstitusiyanın 17-ci maddəsinə, həm də konstitusiya ilə təsbit olunmuş konstitusion quruluşun əsaslarına zərbədir.
Hüquqi təhsili olan hər hansı bir şəxsin sadalanan hərəkətlərin konstitusiyanın 17-ci maddəsinin birbaşa pozuntusu olmadığını əsaslandıra bilməsi çətindir”, - deyə o qeyd edib
Alpər Mövludoğlu
Ordu.az