Ermənistan prezidenti UNICEF nümayəndəsi ilə görüşüb

2026/01/1769798608.jpg
Oxunub: 421     22:39     30 Yanvar 2026    
Ermənistan prezidenti Vahaqn Xaçaturyan UNICEF-in Ermənistandakı nümayəndəsi Kristine Vayqand ilə onun missiyasının başa çatması münasibətilə vida görüşü keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayb.

Məlumata görə, görüş zamanı UNICEF ilə əməkdaşlığın davamlılığı və dərinləşdirilməsinin vacibliyi qeyd olunub.

“Tərəflər təhsil, sosial və digər birgə proqramların həyata keçirilməsinin, eləcə də təşkilatın qabaqcıl təcrübəsinin Ermənistanda daha fəal tətbiqinin uşaqların və həssas qrupların rifahı naminə əhəmiyyətini vurğulayıblar.

Tərəflər səmərəli əməkdaşlığın davam etdirilməsi və birgə təşəbbüslərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində qarşılıqlı hazırlıqlarını bir daha təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   UNICEF  


Bizi "telegram"da izləyin