Azərbaycanlı diplomat BMT-də: "Beynəlxalq hüquq prinsipləri hamıya bərabər şəkildə tətbiq olunmalıdır"

2026/01/1769798344.jpg
Oxunub: 544     22:23     30 Yanvar 2026    
BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri hamıya ardıcıl və bərabər şəkildə tətbiq olunmalıdır.

Ordu.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Pakistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil olunan "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün müqavilələrin toxunulmazlığının təmin edilməsi" mövzusunda Arria-formula (qeyri-rəsmi) keçirilən iclasda Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov deyib.

Diplomat çıxışında bildirib ki, vicdanla götürülən öhdəliklər vicdanla yerinə yetirilməlidir. O həmçinin sülhün təşviqi üçün dağıdılmış şəhərlərin bərpası, mina və partlamamış sursatların aradan qaldırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və biomüxtəlifliyin bərpasının vacib olduğunu vurğulayıb.

Sonda diplomat Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərini davam etdirmək, eləcə də beynəlxalq və regional tərəfdaşlıq ilə əməkdaşlığı təşviq etmək əzmində olduğunu bir daha bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   BMT  


Bizi "telegram"da izləyin