Ermənistan prezidenti Hindistan səfiri ilə görüşüb

2026/01/1769795931.jpg
Oxunub: 498     21:57     30 Yanvar 2026    
Ermənistan prezidenti Vahaqn Xaçaturyan Hindistanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha ilə Hindistanın Milli bayramı – Respublika Günü münasibətilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı ölkələr arasında çoxşaxəli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə yüksək texnologiyalar, təhsil, müdafiə və digər strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

“Ermənistan və Hindistan arasında ticarət-iqtisadi əlaqələrin aktivləşdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilib. Bu çərçivədə tərəflər birgə biznes forumları və digər əməkdaşlıq formatları vasitəsilə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin davamlı inkişafını təşviq etməyə hazır olduqlarını bildiriblər.

Həmçinin payızda Ermənistanda keçirilməsi planlaşdırılan COP17 konfransına toxunulub, onun əhəmiyyəti və ətraf mühit, süni zəka və rəqəmsal texnologiyalar sahələrində mümkün əməkdaşlıq vurğulanıb.

Görüş zamanı Ermənistan və Hindistanın beynəlxalq platformalarda əməkdaşlığı müsbət qiymətləndirilib, bunun səmərəliliyi və qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin