Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Saat 15:35 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Polis Xidmətinin Cinayət Polisi Baş İdarəsinin Lori vilayət idarəsinə əməliyyat məlumatı daxil olub ki, Lori vilayət sakini, 19 yaşlı Narek M. yanvarın 22-də Vanadzor şəhərinin Myasnikyan küçəsində yerləşən binalardan birinin həyətində dostu, Lori vilayət sakini 20 yaşlı Telman C.-yə məxsus Rusiya qeydiyyat nişanlı “Lada Priora” markalı avtomobillə ictimaiyyətə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, üzərində olan tapança ilə bir neçə dəfə havaya atəş açıb, daha sonra tapançanı Telman C.-yə verib, o da öz növbəsində bir neçə dəfə havaya atəş açıb.
Məlumata görə, yanvarın 23-də Narek M. saxlanılaraq Ermənistan Cinayət Polisi Baş İdarəsinin Lori vilayət idarəsinə aparılıb. Aparılan izahat işləri zamanı o bildirib ki, yanvarın 22-də dostunun hərbi xidmətdən tərxis olunması münasibətilə emosional vəziyyətdə olarkən, dostu Telman C.-yə məxsus “Lada Priora” markalı avtomobilin pəncərəsindən Myasnikyan 6 ünvanındakı binanın həyətində özünə məxsus tapança ilə bir neçə dəfə havaya atəş açıb, daha sonra tapançanı Telman C.-yə verib, o da bir neçə dəfə havaya atəş açıb.
Narek M. polisə həmçinin bildirib ki, sözügedən tapança hazırda onun dostu, Lori vilayət sakini 20 yaşlı Sarkis H.-nin evindədir və onu təqdim etməyə hazırdır.
Faktla bağlı sənədlər tərtib olunaraq Ermənistan İstintaq Komitəsinin Lori vilayət istintaq idarəsinə göndərilib və Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsinin əlamətləri üzrə cinayət işi başlanıb.
İstintaq zamanı görülən tədbirlər və aparılan izahat işləri nəticəsində cinayət aləti olan, Narek M.-ə məxsus tapança onun dostu Sarkis H. tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilib. Narek M. saxlanılaraq Ermənistan DİN-in Polis Xidmətinin İcma Polisi Baş İdarəsinin Tumanyan şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib. Telman C.-nin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Alpər Mövludoğlu
Ordu.az