Papikyan Ermənistan Silahlı Qüvvələrində mənəvi rəhbərliyin ləğvi barədə qərarı dərc edib

2026/01/1768461230.jpg
Oxunub: 480     20:19     30 Yanvar 2026    
Ermənistan müdafiə naziri Suren Papikyan Silahlı Qüvvələrdə mənəvi rəhbərliyin ləğv edilməsi barədə qərarı dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qərarda deyilir: “Fevralın 1-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Mənəvi Xidmətinin rəhbərinin və Ermənistan Apostol Kilsəsi tərəfindən təyin olunmuş din xadimlərinin Ermənistan Müdafiə Nazirliyinin sistemindəki fəaliyyəti dayandırılsın”.

Papikyan, həmçinin Ermənistan Baş Qərargah rəisinə 3 gün müddətində Silahlı Qüvvələrdə mənəvi xidmət funksiyalarını həyata keçirəcək, müvafiq olaraq “mayor” və “kapitan” rütbə dərəcələrinə uyğun olan, baş hərbi keşiş və hərbi keşiş vəzifələrinin yaradılması ilə bağlı təkliflər təqdim etməyi tapşırıb. Həmin vəzifələri tutmaq üçün əsas şərt olaraq dini təhsil almış olmaq müəyyən edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan  


Bizi "telegram"da izləyin