Ermənistan Silahlı Qüvvələrinin Ruhani Rəhbərliyi ləğv edilib

2026/01/1769787867.jpg
Oxunub: 670     19:43     30 Yanvar 2026    
“Müdafiə nazirinin əmri ilə 20 ildən artıq müddətdə dini xidmət göstərmiş Ermənistan Silahlı Qüvvələrinin Ruhani Rəhbərliyi ləğv edilib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni keşiş Ter Psak Mkrtçyan sosial şəbəkə hesabında yazıb.

“Artıq biz ruhani şəxslər kimi vəzifələrimizdən azad edilmişik”, - deyə o qeyd edib.

Ermənistan KİV-ləri qeyd edir ki, Müdafiə Nazirliyi bu barədə Üçmüədzin kilsəsinə müvafiq məktub göndərib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ruhani-Rəhbərlik  


Bizi "telegram"da izləyin