Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Factor.am” nəşri yazıb.
Nəşr bildirib ki, ATLIKS şirkətinin 50 faiz payı Məryəm Paşinyana məxsusdur. Digər 50 faizin sahibi onun tərəfdaşı Diana Arzumanyandır.
“Diana Arzumanyan həmçinin 2022-ci ildə İrəvanda texnoloji konfrans təşkil etmiş “Orion Worldwide Innovations” MMC-nin həmtəsisçisidir. Həmin tədbirdə Baş nazirin müavini Mher Qriqoryan, ozamankı yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, Mərkəzi Bankın sədri Martin Qalstyan və digər rəsmi şəxslər iştirak ediblər.
ATLIKS şirkətinin fəaliyyət sahəsi xidmətlərin göstərilməsidir”, - deyə KİV qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az