Ermənistanda zavod işçiləri gətirilən metal qırıntılarının içərisində partlayıcı maddə və tank əleyhinə mərmilər aşkar ediblər

2026/01/1769787262.jpg
Oxunub: 505     19:32     30 Yanvar 2026    
Ermənistanın Ağrı vilayətində fəaliyyət göstərən məşhur CTB-STİL zavodunun işçiləri yük maşınları ilə zavoda gətirilən metal qırıntılarının içərisində yüzlərlə şübhəli partlayıcı maddə, qumbara və tank əleyhinə mərmi aşkar ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, bu tapıntılar birbaşa təhlükə yaratmırdı, lakin əgər onlar xüsusi əridici sobanın içinə atılsaydı, partlayış qaçılmaz olardı.

Aşkarlanmış faktla bağlı Ağrı vilayəti polis şöbəsində müvafiq sənədlər tərtib olunub və onlar Ermənistan İstintaq Komitəsinin Ağrı vilayəti üzrə istintaq idarəsinin Vedi istintaq şöbəsinə göndərilib.

Zavoda daxil olan hər bir yük maşınının hərəkəti videomüşahidə kameraları ilə də qeydə alınır.

Ermənistan KİV-ləri daha əvvəl bildirmişdi ki, 2025-ci il avqustun 27-də polisə Ağrı şəhərində xalq arasında “Zod körpüsü” kimi tanınan ərazinin yaxınlığında fəaliyyət göstərən metallurgiya zavodunun işçilərinin tank əleyhinə mərmi aşkar etməsi barədə məlumat daxil olub.

Hadisə yerində müəyyən edilib ki, CTB-STİL zavoduna gətirilən tullantıların içərisində tapılan əşya tank əleyhinə mərmi olub.

Ermənistan KİV-lərinin məlumatına görə, hüquq-mühafizə orqanları bir neçə versiya üzərində işləyiblər, onlardan biri də naməlum şəxs və ya şəxslərin zavodu partlatmağa cəhd etməsi ehtimalı olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zavod   Mərmi  


Bizi "telegram"da izləyin