Belçika səfiri: "Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat tərəfdaşlığı bütün regiona fayda verir"

2026/01/Ekran-1769786895.jpg
Oxunub: 448     19:21     30 Yanvar 2026    
Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon bildirib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı nəqliyyat tərəfdaşlığı bütün regiona iqtisadi faydalar verir.

Ordu.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Müsbət xəbər: Aİ və Azərbaycan əlaqəliliyi artıran layihələrin inkişafında əməkdaşlığı gücləndirir. Bu, bütün regiona iqtisadi üstünlüklər gətirən qarşılıqlı faydalı tərəfdaşlıqdır", - paylaşımda bildirilib.

Qeyd edək ki, Aİ və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işləri görəcək. Dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birləşdirən Transxəzər nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Layihə mobilliyi artırmağa, iqtisadi əlaqələri gücləndirməyə və regional inkişafı dəstəkləməyə yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Azərbaycan    


Bizi "telegram"da izləyin