Ordu.az xəbər verir ki, bunu bu gün “Ermənistanın və Erməni dünyasının təhlükəsizliyinə təhdid yaradan amillər” mövzusunda keçirilən müzakirə zamanı “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan deyib.
Erməni müxalif siyasətçinin sözlərinə görə, Ermənistan hakimiyyəti qorxu və sülh yolu ilə öz yenidən seçilməsini təmin etməyə çalışır.
“Bundan sonra onlar Azərbaycan və Türkiyənin ilkin şərtlərini həyata keçirməyə davam edəcəklər, çünki bu, öz mövqelərini və öz dərilərini qorumağın onlar üçün yeganə yoludur”, - deyə Tevanyan bildirib.
O əmindir ki, bu hakimiyyət Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin taleyini yaşamaqdan qorxur.
“Məhz bu qorxu səbəbindən onlar Ermənistanı getdikcə artan problemlərə sürükləyən addımlar atırlar. Biz cəmiyyətimizə bu Azərbaycan-Türkiyə ilkin şərtlərinin nədən ibarət olduğunu açıq və səmimi şəkildə izah etməliyik”, - deyə erməni siyasətçi vurğulayıb.
O, İrəvan Bakı arasında vasitəçilərsiz birbaşa danışıqların aparıldığına dair iddiaları yalan adlandırıb.
“Əslində vasitəçi var və bu, Türkiyədir. Tələbləri irəli sürən tərəf də var və bu, Azərbaycandır. Ermənistan isə sadəcə bu danışıqların və münasibətlərin obyekti kimi çıxış edir. Yəni yalnız Azərbaycan-Türkiyə ilkin şərtləri ilə kifayətlənir”, - deyə erməni müxalif siyasətçi qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az