“Məhkəmələri udmuşuq, amma mifləri dağıtmaq mümkün olmayıb” - Köçəryan

2026/01/1769690828.jpg
Oxunub: 478     16:46     29 Yanvar 2026    
“Biz böhtana qarşı çoxsaylı məhkəmə iddiaları qaldırmışıq və udmuşuq, amma hələ də yayılan mifləri dağıda bilməmişik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün mətbuat konfransında, ona qarşı konkret ittihamlar irəli sürən “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini məhkəməyə verib-verməyəcəyi ilə bağlı suala cavab verərkən səsləndirib.

“Ən azı üç-dörd işi udmuşuq. Hazırda böhtanla bağlı daha iki məhkəmə iddiası gözlənilir. Amma bildiyiniz kimi, məhkəmələr həddindən artıq yüklüdür, buna görə dinləmələr illərlə davam edə bilər. Üstəlik, bu cür məsələlər media tərəfindən ciddi diqqət görmür. Bu isə o deməkdir ki, prosesə çox vaxt sərf olunur, amma uğurlu iş maksimum bir saat müzakirə edilir”, - deyə Köçəryan bildirib.

O izah edib ki, ictimai qavrayışın dəyişməsi bütün mövcud resursların səfərbər olunmasını və təxminən altı ay ərzində mövqenin yüz dəfələrlə təkrarlanmasını tələb edir.

Köçəryanın sözlərinə görə, müasir dünyada auditoriyanın diqqətini hər hansı mövzuya bir həftədən artıq saxlamaq çox çətindir.

Köçəryan qeyd edib ki, bu tendensiyaya qarşı mübarizə aparmaq üçün hər şeyi kənara qoyub yalnız buna fokuslanmalı olacaq.

“Onlar mənə qarşı məhz bu cür, sistemli şəkildə, əhəmiyyətli resurslarla və çox uzun müddət ərzində işləyirlər. Mənim haqqımda formalaşdırılan bəzi miflərin mənimlə qətiyyən əlaqəsi yoxdur”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin