Paşinyan: “Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsi məqsədəuyğun olar”

2026/01/1768466691.jpg
Oxunub: 456     16:42     29 Yanvar 2026    
“Düşünürəm ki, Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsi məqsədəuyğun olar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq səviyyədə güclü ixracatçıya çevirəcək. “Bu, eyni zamanda yeni təhlükəsizlik arxitekturasının əsasını təşkil edəcək”, - deyə Paşinyan qeyd edib.

Ermənistan Baş naziri bildirib ki, hazırda Ermənistan və Azərbaycan artıq enerji gücünə malikdir. Onun fikrincə, bu vəziyyət qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır.

“Ermənistan daha geniş ixrac bazarlarına çıxmaq üçün Azərbaycan infrastrukturundan istifadə etməkdə maraqlıdır, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə elektrik enerjisini Naxçıvana və digər istiqamətlərə nəql edə biləcək. Birbaşa ticarətlə yanaşı, layihə ölkəyə tranzit haqlarından əldə olunan sabit gəlirlər gətirəcək, bu da həm dövlət büdcəsini, həm də özəl şirkətlərin hesablarını tamamlayacaq”, - deyə Paşinyan izah edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin