Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O vurğulayıb ki, təhlükəsizliyin əvvəlki modelləri 2020-2023-cü illər ərzində səmərəsiz olub.
“Hazırda Ermənistana yeni növ təminat lazımdır. Ölkə ərazisindən beynəlxalq ticarət və enerji axınlarının əhəmiyyətli həcmləri keçdikdə, iri qlobal güclər və bazarlar həmin axınların keçdiyi regionlarda sabitlik və sülhün qorunmasında həyati dərəcədə maraqlı olurlar”, - deyə Paşinyan izah edib.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, bu cür iqtisadi əlaqə sülh və sabitliyin təminatı baxımından hər hansı digər ənənəvi mexanizmdən qat-qat daha etibarlıdır.
Alpər Mövludoğlu
Ordu.az