Ermənistan parlamentinin sədri Rusiya səfiri ilə görüşüb

2026/01/1769687369.jpg
Oxunub: 475     15:48     29 Yanvar 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Qeyd edilib ki, həmsöhbətlərin müzakirələrinin mərkəzində ikitərəfli əlaqələrə, eləcə də parlamentlərarası münasibətlərə dair mövzular dayanıb.

“Tərəflər həmçinin Ermənistan parlamentinin sədrinin Rusiya Federasiyasına planlaşdırılan rəsmi səfərinin gündəliyindəki məsələlərə də toxunublar”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin