Ermənistanın sabiq prezidenti: “Əgər siyasi qüvvəmiz birinci yerə çıxmasa, mənim heç bir iddiam olmayacaq”

2025/11/1762713697.jpg
Oxunub: 396     15:46     29 Yanvar 2026    
“Mən özümü hökumətdə nazir kimi görmürəm, amma siyasi komandamızda bu biliklərə malik və bacaran çoxlu insanlar var. Mandatı götürüb deputat olmağı da düşünmürəm, keçən dəfə də mandatı götürmədim”.

Ordu.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

“Əgər siyasi qüvvəmiz birinci yerə çıxmasa, mənim heç bir iddiam olmayacaq.

Mən sıravi müxalifətçiyəm. Sıravi olub-olmamağım isə ondan asılıdır ki, həmin siyasi qüvvə sənin liderliyini qəbul edir, ya yox. Seçkilərdə iştirak edən hər bir müxalif siyasi qüvvə açıq şəkildə bəyan etməlidir ki, “Vətəndaş Müqaviləsi” partiyası ilə hər hansı əməkdaşlığı istisna edir”, - deyə o qeyd edb.

Sonradan kimin Baş nazir olacağına gəlincə, Köçəryanın sözlərinə görə, çox sadə bir variant var: kim daha çox faiz toplayırsa, baş nazirliyə namizəd olmaq üçün birinci hüquq ona məxsusdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin