Ordu.az-ın məlumatına görə, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Xatırladaq ki, Natiq Qasımov Azərbaycanda ermənilərə qarşı 5 gün təkbaşına vuruşması ilə məşhurlaşıb. Belə ki, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüş aparıb. Altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirib. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. Onun güllələndiyi ehtimal olunur.
Sonradan ermənilər Xocalıda əsr götürülən 22 nəfəri güllələmək hədəsi ilə Natiq Qasımovu təslim olmağa məcbur edib. Onun sonrakı taleyindən uzun zaman məlumat olmayıb.
2024-cü ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən N.Qasımovun adı elə həmin ildə oxuduğu məktəbə verilib.
Ordu.az